"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərbaycan milli geyimləri” rəsm sərgisi keçirilib

--2017-07-25 / 08:37

Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Aysel əlizadənin “Gənclik və şəxsiyyətlər” layihəsi çərçivəsində “Azərbaycan milli geyimləri” rəsm sərgisi keçirilib.

 Tədbirdə Binəqədi rayon Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, xalq rəssamı Arif Hüseynov, Rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağaəli ibrahimov, layihənin rəhbəri Aysel əlizadə, gənc rəssamlar iştirak etmişlər.

Tədbirin birinci hissəsində iştirakçılar gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir akt zalında rəsmi hissə ilə davam etdirildi. Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova qonaqları və gənc rəssamları salamlayaraq, idarə tərəfindən mütəmadi olaraq mədəniyyətin müxtəlif sahələri üzrə tədbirlərin həyata keçirildiyini və gənclərin fikir və ideyalarının reallaşdırılmasına Binəqədi rayonunda hər zaman dəstək göstərildiyini bildirdi.

Sonra xalq rəssamları Arif Hüseynov və Ağaəli ibrahimov, layihə rəhbəri Aysel əlizadə tədbirin əhəmiyyətindən danışaraq, gənclər arasında rəssamlığa marağın böyük olduğunu bildirdilər. Sonda xalq rəssamları gəncləri maraqlandıran sualları cavablandırdılar və onlara tövsiyələrini verdilər.

Tədbirin gedişatında gənc rəssamlar nümunə olaraq əl işlərini nümayiş etdirdilər. Tədbir sərgi iştirakçılarının sertifikatlarla təltif edilməsi ilə yekunlaşdı.

Belediyye.info

ŞƏRHLƏR